SON XƏBƏRLƏR

"Xalqı islamdan uzaqlaşdırmışıq"- İranlı dini lider referendum keçirməyə çağırdı

2023.06.02, 14:58
"Xalqı islamdan uzaqlaşdırmışıq"- İranlı dini lider referendum keçirməyə çağırdı

İranın sünni dini lideri Moləvi Əbdül Həmid ölkədə referendumun keçirilməsini vacib sayıb. O, bu barədə iyunun 2-də Zahidan şəhərində keçirilən cümə namazında çıxışı zamanı bildirib.

Gunaz.tv

“İstər islami olsun, istər başqası, siyasi sistemlər gəldi-gedərdir. Dini sektora ayrılan baş gicəlləndirici pullar mollaların hökumətə bağlı olmasına gətirib çıxarıb. Ona görə də onlar mövcud durum və baş verən hadisələr barədə susurlar”-deyə, axund vurğulayıb.

Onun sözlərinə görə, adı "İslam Cümhuriyyəti" olan sistem islama və respublika prisinplərinə əməl etməlidir.

"İslami hökumətə qarşı hər üsyan edəni edam etmək olmaz. Mollalar buna susmamalıdır. Xalqın pozulan hüquqları barədə danışmaq və baş verənlərə reaksiya vermək lazımdır”-Zahidanın cümə imamı belə deyib.

Moləvi Əbdül Həmid bildirib ki, şəriəti və dini hökuməti xalqa güclə yeritmək olmaz:

Dinx adimi deyib ki, referendumun keçirilməsi xalqın istəyini bəlli etmək üçündür. 

"Bizim qüsurlarımıza görə artıq xalq islamı istəmir.

Xalq ölkədə başqa bir tərz və azadlıq istəyirsə, ona əməl etmək lazımdır.

Dindar və dinsiz birgə yaşaya və ölkələrini qura bilməlidir.

Xalqın əksəriyyətinin nə istədiyini bilmək üçün ümumxalq səsverməsi keçirilməlidir. Güc göstərməyin heç bir xeyri yoxdur, xalqı dindən daha da uzaqlaşdırar”-deyə, Moləvi vurğulayıb. 

Taymaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar