SON XƏBƏRLƏR

“Krım azad ediləcək”-Britaniyanın müdafiə naziri

2023.06.02, 16:01
“Krım azad ediləcək”-Britaniyanın müdafiə naziri

“Əminəm ki, bu il Krım azad ediləcək”. Bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

Gunaz.tv

Onun fikrincə, Rusiya Prezidenti Vladimir Putin ölkəsinin üzləşdiyi problemlərin miqyasını hələ də dərk etmir: “Putin hələ də Ukraynanı məğlub edə biləcəyinə inanır.

O, tam məğlub olduğunu başa düşənədək canlı qüvvəsini döyüş meydanına səfərbər etməyə davam edəcək”.

Report-un xəbərinə görə, B.Uolles bildirib ki, Rusiyanın hərbi texnikası da getdikcə tükənir: “Bu, Ukraynanın bu il Krımı azad etməsinə imkan verəcək”.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bildirmişdi ki, müharibə Krımın azad olunması ilə başa çatacaq.

Xatırladaq ki, Krım 2014-cü ildə işğal edilib.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar