SON XƏBƏRLƏR

Yunanıstanın XİN başçısı Ərdoğanın andiçmə mərasiminə qatılacaq

2023.06.02, 16:24
Yunanıstanın XİN başçısı Ərdoğanın andiçmə mərasiminə qatılacaq

Yunanıstanın müvəqqəti xarici işlər naziri Vasilis Kaskarelis iyunun 3-də Ankaraya səfəri planlaşdırılır.

Gunaz.tv

Bu barədə Yunanıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Kaskarelis Türkiyənin yenidən seçilmiş Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində Yunanıstan hökumətini təmsil etmək üçün dəvət olunub.

APA-nın məlumatına görə, Kaskarelis Rəcəb Tayyib Ərdoğanın təşkil etdiyi və müxtəlif xarici hökumətlərin nümayəndələrinin də qatılacağı naharda iştirak edəcək.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar