SON XƏBƏRLƏR

Ruslar Zaporojyeni atəşə tutdu: Ölənlər və yaralananlar var

2023.06.02, 19:10
Ruslar Zaporojyeni atəşə tutdu: Ölənlər və yaralananlar var

Rusiya qüvvələri Ukraynanın Zaporojye vilayətində yerləşən Kamışevax kəndində çoxmərtəbəli binanı atəşə tutub, ölənlər və yaralananlar var.

Gunaz.tv

Yenisabah xəbər verir ki, bu barədə Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri Yuri Malaşko "Telegram" hesabında bildirib.

"Düşmənin kənddə çoxmərtəbəli binanı atəşə tutması nəticəsində 41, 84 və 87 yaşlı qadınlar, həmçinin 21 yaşlı kişi xəsarət alıb. Zərərçəkənlər dərhal tibb müəssisəsinə çatdırılıb".

O əlavə edib ki, daha iki nəfər - 44 ​​və 77 yaşlında iki qadın aldığı xəsarətlərdən həyatını itirib. 

Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar