SON XƏBƏRLƏR

İranda 21 yaşlı tələbənin müəmmalı ölümü etiraz doğurdu: Narazılara atəş açılıb

2023.06.03, 09:53
İranda 21 yaşlı tələbənin müəmmalı ölümü etiraz doğurdu: Narazılara atəş açılıb

İranın İlam əyalətinin Abdanan şəhərində iki gecə ardıcıl olaraq etiraz yürüşləri keçirilib.

Gunaz.tv

Bu barədə məlumat yayan sosial media fəalları və insan haqları təşkilatları aksiyalar zamanı hökumət qüvvələrinin açdığı atəş nəticəsində 30 nəfərin yaralandığını bildiriblər.

Məlumata görə, aksiyaçılar 21 yaşlı tələbə Bamşad Süleymanxaninin ölümünə etiraz ediblər.

Qeyd edək ki, o, həbsdən buraxıldıqdan sonra həyatını itirib.

Narazılar bildirib ki, etiraz aksiyalarına qoşulduğu üçün həbs edilən tələbəyə təhlükəsizlik təcridxanasında işgəncə verilib.

İddia edilir ki, həbsxanada zəhərlənən fəal həbsdən buraxıldıqdan sonra həyatını itirib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar