SON XƏBƏRLƏR

İrana qarşı yeni sanksiyalar hazırlanır

2023.06.03, 12:39
İrana qarşı yeni sanksiyalar hazırlanır

Amerika Konqresinin Nümayəndələr Palatasının 2 üzvü İran neftinin ixracına kömək edənlərə qarşı sanksiya tətbiq olunmasını təklif edib. Onlar bununla bağlı palataya layihə təqdim ediblər.

Gunaz.tv

Bu barədə “Jewish Insider” xəbər portalı məlumat yayıb.

Məlumata əsasən layihəni palatanın 2 cümhuriyyətçi və demokrat üzvləri Mayk Laler və Jered Moskovitz hazırlayıb.

Layihə sanksiya qoyulmuş gəmiləri qəbul edən limanlara, İran neftinin və neft-kimya məhsullarının daşınmasına kömək edən şirkətlərə və şəxslərə şamil olunacaq.

Həmçinin İranın neft məhsullarını emal edən neftayırma zavodları da "qara siyahı"ya salınacaq.

Layihəyə əsasən sanksiya qoyulacaq şəxslərin və qurumların aktivləri dondurulacaq və onlara viza verilməsi qadağan olunacaq.

Habelə sanksiya qoyulmuş şəxslərə və ailə üzvlərinə maliyyə himayəsi edənlər də cəzalandırılacaq.

Qeyd olunur ki, İran terrorçulara dəstəyi kəsməyənə, nüvə, bioloji silahların və ballistik raketlərin inkişafını dayandırmayana qədər bu sanksiyalar qüvvədə olacaq.

Məsələ ilə açıqlama verən layihənin müəlliflərindən biri, respublikaçı Mayk Laler  İran, Çin, Rusiya və Şimali Koreyanı “şər oxu” adlandırıb.

“Layihə İranın ticarət əlaqələrini pozacaq və bu ölkənin bölgəyə hakim olmaq istəyinin qarşısını alacaq”-deyə, Laler bildirib.
 
“Layihənin hazırlanmasında məqsəd bölgədə sabitliyi pozmağa çalışan, terrorizmi himayə edən, insan hüquqlarını pozan İranın gücünü zəiflətməkdir"-bunu isə digər müəllif Moskovitz deyib.

Sanksiya layihəsi Amerika hökumətini İran neftinin xüsusilə də Çinə ixracı barədə ictimai rəyə müntəzəm hesabat verməyə vadar edəcək.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar