SON XƏBƏRLƏR

İrandan ölkəyə qanunsuz keçmək istəyənlər tutuldu

2023.06.03, 14:39
İrandan ölkəyə qanunsuz keçmək istəyənlər tutuldu

İrandan Azərbaycana qanunsuz yolla keçmək istəyən Əfqanıstan vətəndaşları saxlanılıblar.

Gunaz.tv

Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verlib.

Bildirilib ki, iyun ayının 2-də saat 22 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları Hevad Əsədziya Həbibulrəhman oğlu, Feyzi Əbdülbasid Əbdülzahir oğlu və Həbibi Mutyullah Əbdülmətin oğlu saxlanılıblar.

Axar.az xəbər evrir ki, fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar