SON XƏBƏRLƏR

Ermənilər 12 yaşlı azərbaycanlı uşağa Şuşa türməsində dəhşətli işgəncələr veriblər

2023.06.03, 15:03
Ermənilər 12 yaşlı azərbaycanlı uşağa Şuşa türməsində dəhşətli işgəncələr veriblər

Birinci Qarabağ müharibəsində girov götürülərək Şuşa türməsində ağır işgəncələrə məruz qalan azərbaycanlı Cəmaləddin Hüseynov ermənilərin törətdiyi vəhşiliklərdən danışıb.

Gunaz.tv

O, jurnalistlərə açıqlamasında şahidlik etdiyi dəhşətli hadisələri nəql edib.

C.Hüseynov bildirib ki, 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndi işğal olunanda 12 yaşında olarkən ermənilər tərəfindən girov götürülüb:

"Bizi Əsgərana gətirdilər və orada bir həftə saxlayandan sonra Şuşa türməsinə apardılar. Şuşa türməsinə gətirəndən sonra gördük ki, dayanmağa, oturmağa yer belə yoxdur.

Çünki türmə qız, gəlin, uşaq, qocalarla doldurulmuşdu. Onlar hər kəsə işgəncə verirdilər, xüsusi amansızlıqla qəddarlıq nümayiş etdirirlər.

Bizə ölənləri sürüyüb çıxarmağı əmr edirdilər. Sonra isə meyitləri (3, 5 və 10 meyit olmaqla) ekskvatorlar vasitəsilə qazılmış kütləvi məzarlıqda basdırırdılar.

Hətta gözümlə görmüşəm ki, hamilə qadınların bətnini yarıb can verə-verə donuzların qarşısına tullayırdılar.

Onlar qışqıra-qışqıra donuzlara yem olurdu".

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar