SON XƏBƏRLƏR

İran Futbol Federasiyası cərimə olundu

2023.06.03, 15:09
İran Futbol Federasiyası cərimə olundu

Son iki ayda İran Futbol Federasiyası Asiya Futbol Konfederasiyası (AFK) tərəfindən ardıcıl olaraq ikinci dəfə maliyyə cəriməsi ödəməyə məhkum edilib.

Gunaz.tv

Bu barədə Asiya Futbol Konfederasiyası məlumat yayıb.

Qurum bəzi klublara saxta lisenziya verdiyinə görə İran Futbol Federasiyasının 185 min dollar cərimə edildiyini bildirib.

Bundan əlavə,  AFK 2021-ci ildə klublara peşəkar lisenziyaların verilməsində edilən saxtakarlığa görə ötən ilin aprelində İran Futbol Federasiyasını 300 min dollar cərimə etmişdi.

Qeyd edək ki, Asiya Futbol Konfederasiyası İranın Asiya yarışlarından kənarlaşdırılacağı ilə bağlı dəfələrlə xəbərdarlıq edib.

Xəbərdarlığa səbəb bəzi klubların, o cümlədən “İstiqlal” və “Persepolis”in xüsusi stadiona malik olmaması və hələ də dövlət mülkiyyətində qalmasıdır.

Həmçinin qadınların stadiona buraxılmaması da Asiya Futbol Konfederasiyasını narazı salan amillərdəndir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar