SON XƏBƏRLƏR

Xameneyinin nümayəndəsi Türkiyəni İsraillə əlaqələrə görə qınadı

2023.06.04, 12:15
Xameneyinin nümayəndəsi Türkiyəni İsraillə əlaqələrə görə qınadı

İranın rəhbəri Əli Xameneyinin Qum şəhərindəki nümayəndəsi Əlirza Eraqi Türkiyə və Səudiyyə Ərəbistanının xarici siyasətini tənqid edib.

Gunaz.tv

Eraqi Amerika və İsraillə əlaqələrdə həd saxlamağı tövsiyə edib.

O, bununla yanaşı hər iki ölkədə çox sayda müsəlman gəncin həbsdə olduğunu iddia edib və onları sərbəst buraxmağa çağırıb.

Xameneyinin nümayəndəsinin Türkiyə və Səudiyyə Ərəbistanında gənclərin həbsdə olması barədə çıxışı sosial media istifadəçilərinin müzakirə mövzusuna çevrilib.

İranda minlərlə gəncin siyasi baxışlarına və fərqli əqidələrinə görə həbsdə saxlanıldıqları halda, Eraqinin başqa ölkələrə irad bildirməsi həyasızlıq adlandırılıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar