SON XƏBƏRLƏR

İranda hicab qaydalarını pozanlara bank xidmətləri göstərilmir

2023.06.04, 17:03
İranda hicab qaydalarını pozanlara bank xidmətləri göstərilmir

İranın Gülüstan əyalətində məcburi hicab qaydalarını pozan qadınlara bank xidmətləri göstərilməyəcək.

Gunaz.tv

Əyalətdə bankların koordinasiya komissiyasının üzvləri “hicabsız qadınlara bank xidmətlərinin göstərilməsinin qadağan edilməsi haqqında” qətnaməni təsdiqləyiblər.

"Bu sərəncamdan sonra hicabsız şəxslərə qarşı heç bir səhlənkarlıq və ya hər hansı səbəb (məsələn, əmanət köçürməsi, müştərilər tərəfindən banklardan pul çıxarılması və s.) operatorlar tərəfindən qəbul edilməyəcək və buna tabe olmayan məmurlar səlahiyyətli orqanlara təqdim edilməlidir",- sənəddə qeyd edilib.

Bundan əvvəl başqa bir neçə əyalətdə də oxşar qərarlar qəbul edilib və hicab qaydalarını pozanlara dövlət xidmətlərinin göstərilməməsi barədə sərəncamlar verilib.

Qeyd edək ki, son aksiyalar zamanı İranda məcburi hicab qaydalarına etiraz edən 36 qadın hökumət məmurları tərəfindən öldürülüb.

Etiraz aksiyalarının səngidiyindən sonra, xüsusən son günlər məcburi hicab qaydalarına riayət edilməməsi və oruc tutulmamasına görə onlarla iş yerinin fəaliyyətinə qadağa qoyulub.

Timur 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar