SON XƏBƏRLƏR

Türkiyə boğazlardan keçid rüsumunu artırır

2023.06.05, 09:28
Türkiyə boğazlardan keçid rüsumunu artırır

Türkiyə iyulun 1-dən gəmilərin Bosfor və Çanaqqala boğazlarından keçməsinə görə rüsumları 8.3% artıracaq.

Gunaz.tv

Bu barədə Türkiyənin “Aydınlıq” qəzeti Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dənizçilik Baş İdarəsinin qərarına istinadən məlumat yayıb. 

Modern.az-ın məlumatına görə, rüsum 1936-cı ildə Montrö Konvensiyasının imzalanmasından bəri qızıl frankı əsasında hesablanır. İmzalanan zaman qızıl frankı 0,8 dollara bərabər idi.

Qəzetin yazdığına görə, bir ticarət gəmisinin xalis tonajı üçün qızıl frankının dəyəri 4,42 dollar olaraq təyin edilib. Beləliklə, artım 8,3% təşkil edəcək.

Məlumata görə, əvvəlki illərdə gəmilərin keçidindən əldə edilən gəlir təxminən 160-170 milyon dollar təşkil edirdi. 2023-cü ildə bu, 900 milyon dollara çata bilər.

Qeyd edək ki, oktyabr ayında Türkiyə rəsmiləri rüsumları 5 dəfə artıraraq 4,08 dollara çatdırıb.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar