SON XƏBƏRLƏR

SEPAH-ın döyüş qayıqları ticarət gəmisinin yolunu kəsdi-Boğazda gərginlik

2023.06.05, 11:40
SEPAH-ın döyüş qayıqları ticarət gəmisinin yolunu kəsdi-Boğazda gərginlik

SEPAH-ın sürətli döyüş qayıqları İran körfəzinin Hörmüz boğazında ticarət gəmisinin yolunu kəsib.

Gunaz.tv

Ticarət gəmisinə edilən təzyiqdən sonra Amerika və Britaniyanın körfəzdəki dəniz qüvvələri köməyə gəlib.

Bu barədə Amerikanın Dəniz Qüvvələrinin yaydığı bəyanatda bildirilir. 

"Silahlı qüvvələr daşıyan SEPAH-a məxsus 3 sürətli döyüş qayığı iyunun 4-ü günortadan sonra ticarət gəmisinin yaxınlığına keçərək onun hərəkətinə mane olub"-bəyanatda belə deyilir.

Qarşıdurmadan görüntülər paylaşılıb. 

ABŞ dəniz qüvvələrinə məxsus "Boinq P-8 Posaydon" təyyarəsindən götürülmüş bu görüntülərdə 3 qayığın həmin gəminin yaxınlığında olduğu müşahidə olunur. 

Bu olaydan sonra Amerikanın "USS Mak Fal" və Britaniyanın "HMS Lankestr" döyüş gəmiləri olaya müdaxilə edib.

Bəyanatda qeyd olunur ki, həmçinin 1 helikopter də Britaniyanın "Lankestr" gəmisindən havaya qalxıb.

Bu olaydan 1 saat sonra ticarət gəmisi sürətli döyüş qayıqlarının gəmidən uzaqlaşdırılıb. 

“Ticarət gəmisinin heç bir toqquşma olmadan Hörmüz boğazından keçməsi təmin edilib”-deyə, məlumatda bildirilir.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar