SON XƏBƏRLƏR

İran sərhədə ağır hərbi texnika toplayır

2023.06.05, 11:46
İran sərhədə ağır hərbi texnika toplayır

İran İraqla sərhəddə yerləşən bölgələrə ağır hərbi texnika və canlı qüvvələr toplayır.

Gunaz.tv

Bu barədə İran hökumətinə müxalif təşkilatlar və xarici media məlumat yayıb.

"İran hökuməti qərb sərhədlərıni tamamilə hərbiləşdirib və oraya getdikcə daha çox hərbi texnika və ağır silahlar yığır”,- məlumatda bildirilib.

Qeyd edək ki, bir müddət öncə İran müxalif qruplarını tərksilah etmək üçün İraqın Kürdüstan Bölgəsi hakimiyyətinə xəbərdarlıq edib.

İranın verdiyi müddət başa çatmaqda olduğu üçün, SEPAH-ın Tehrana müxalif kürd silahlı təşkilatlarına zərbə endirmək üçün İraqın şimalına müdaxiləyə hazırlaşdığı ehtimal edilir.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar