SON XƏBƏRLƏR

Çin rejimi demokratiya qurbanlarının anım tədbirlərinə imkan vermədi

2023.06.05, 14:05
Çin rejimi demokratiya qurbanlarının anım tədbirlərinə imkan vermədi

Çin hökuməti iyunun 4-də qanla yatırılan Tyananmen meydanı hərəkatının 34-cü ildönümünün  keçirilməsinin qarşısını alıb.

Gunaz.tv

Çin hökuməti iyunun 4-də qanla yatırılan hərəkatın 34-cü ildönümünün  keçirilməsinin qarşısını alıb.

Bu barədə Yaponiyanın "Kyodo" xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, Çin Kommunist Partiyası 1989-cu ildə Pekinin Tyananmen meydanında demokratiya tələbi ilə keçirilmiş hərəkatı “siyasi iğtişaş” hərəkəti kimi qiymətləndirib.

Çinin xarici işlər naziri Mao Ninq bununla bağlı açıqlama yayıb.

“Bu vasitə ilə Çinin etibardan salınması və ölkənin daxili işlərinə müdaxilə istiqamətində hər hansı cəhd uğursuz qalacaq”-nazir belə deyib.

İldönüm tədbirləri ötən illərdən fərqli olaraq Honq Konqda da baş tutmayıb. 

Lakin Yaponiyada yaşayan çinlilər, o cümlədən Tyananmen qanlı qiyamından sonra doğulmuş gənclər hərəkatın ildönümünü qeyd ediblər.

Onlar Çində demokratiya tələbi ilə Yaponiyanın şəhərlərində toplaşıb və nümayiş keçiriblər.

Tayvanın paytaxtı Taypedə isə əhali iyunun 4-də yağış altında  Tyananmen qiyamına məxsus yas köşkünə toplaşıb. 

Tayvanın prezidenti Tsai İnq-ven demokratiya qurbanlarının anım mərasimində bir gün çinli gənclərin də şövqlə və qorxmadan iştirak edəcəyinə ümidvar olduğunu deyib.

“Qiyamda ölənlərin şücaəti unudulmayacaq. ABŞ Çində və dünyada insan haqlarının və təməl azadlıqların himayəsini davam etdirəcək”-Bunu isə Amerikanın dövlət katibi Antoni Blinken bildirib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar