SON XƏBƏRLƏR

"Kral ailəsinin üzvü 130 ildən sonra ilk dəfə məhkəməyə çıxacaq"-"Financial Times"

2023.06.05, 14:55
"Kral ailəsinin üzvü 130 ildən sonra ilk dəfə məhkəməyə çıxacaq"-"Financial Times"

Şahzadə Harri 130 ildən sonra Britaniya kral ailəsinin məhkəmədə ifadə verən ilk üzvü olacaq. Bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Gunaz.tv

Söhbət şahzadə Harrinin qeyri-qanuni məlumat toplamaqda ittiham etdiyi Daily Mirror-a qarşı prosesdən gedir.

Şahzadənin sözlərinə görə, onun həyatı ilə bağlı 140-a yaxın məqalədə qeyri-qanuni yolla əldə edilmiş məlumatlar yer alıb.

Azvision.az-ın məlumatına görə, nəşr iddia edib ki, şahzadə haqqında bir çox xəbərlər kral ailəsinin üzvlərindən əldə edilən məlumatlara əsaslanır.

Bu, 1890-cı ildə baş vermiş məşhur qalmaqaldan, dələduzluqda ittiham olunan kart oyunçusunun Uels Şahzadəsinə qarşı böhtan iddiası qaldırmasından sonra kral ailəsi üzvünün ilk dəfə məhkəmədə ifadə verməsi halıdır.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar