“Bu işlərin 2022-ci il oktyabrın 6-da Praqa görüşündə tərəflərin razılaşdırdığı Alma-Ata Bəyannaməsinə uyğun olaraq həyata keçirilməsi öhdəlikləri var, lakin konkret xəritə üzərində heç bir razılaşma yoxdur”, - Mirzoyan bildirib.
Onun sözlərinə görə, Kişinyovda keçirilən son müşavirədə Azərbaycan prezidenti İlham Əliyev 1975-ci ilin xəritələrindən istifadəyə etiraz etməyib.
“Ermənistana 1975-ci il xəritələrinə görə hər iki ölkənin ərazi bütövlüyünün tanıması və bunun əsasında delimitasiya işlərinə başlanması məqbuldur”, -azvison.az xəbər verir ki, Mirzoyan belə deyib.
Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında bəyan edib ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının 1975-ci il xəritələri əsasında aparılmalıdır.
Daha sonra iyunun 1-də Moldovada keçirilən beştərəfli görüşün nəticələrinə yekun vuraraq, bunu faydalı adlandırıb .
“Tərəflər Ermənistan və Azərbaycan arasında gələcək delimitasiya işləri üçün 1975-ci il xəritəsinin əsas götürülməsinə qarşı olmadıqlarını vurğulayıblar", -Paşinyan deyib.
Ayxan