SON XƏBƏRLƏR

İranın zənginləşdirilmiş uran ehtiyatı artıb-Rafael Qrossi

2023.06.05, 17:00
İranın zənginləşdirilmiş uran ehtiyatı artıb-Rafael Qrossi

İranın zənginləşdirilmiş uran ehtiyatı artıb. Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bu barədə Direktorlar Şurasına ən yeni hesabatında bildirib.

Gunaz.tv

Agentliyin baş direktoru Rafael Qrossi bildirib ki, İranın zənginləşdirilmiş uran ehtiyatı ötən 3 ayda dörddə bir artıb.

“Agentlik 2-3 ay öncədən İranın nüvə proqramına nəzarət etmək və mövcud durumu yoxlamaq üçün İranda fəaliyyətlərini həyata keçirə bilmir”-deyə Rafael Qrossi açıqlayıb. 

Onun sözlərinə görə, İranın 20 faiz zənginləşdirilmiş uranı 500 kiloqram, 60 faiz zənginləşdirilmiş uranı isə 100 kiloqram həcmindədir. 

“Tehranla Agentliyin ortaq bəyanatının icrası nəticəsində elə də irəliləyiş olmayıb, ona görə də İran tərəfindən ümidverici bir hərəkət yoxdur. 

İran Mərivan bölgəsində yerləşən Abade təsisatında uran izləri barədə izahat verib. Lakin bununla bağlı araşdırmalar davam etdirilməlidir”-deyə Qrossi qeyd edib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar