SON XƏBƏRLƏR

"İran İsrail üçün ən böyük təhlükədir"- Blinken

2023.06.06, 11:25
"İran İsrail üçün ən böyük təhlükədir"- Blinken

Amerikanın dövlət katibi Antoni Blinken İranı İsrail üçün ən böyük təhlükə olduğunu deyib.

Gunaz.tv

“İran diplomatiya yolunu seçməzsə Tehranın nüvə silahına çatmasının qarşısını almağa bütün seçimlər masa üzərindədir. İran rejimi daim İsraili Yer üzündən siləcəyi ilə hədələyir"- Bilinken

Amerika-İsrail Ümumi Əlaqələr Komitəsinın (AIPAC) toplantısında çıxşında belə deyib.

“İran terrorçuları və onun əvəzindən doyüşən qüvvələri silahla təmin edir. Ukraynanın infrastrukturunu məhv etmək üçün Rusiyaya dron satır.

Rusiya da İrana müasir silahlar verir”-deyə, dövlət katibi qeyd edib.

Onun sözlərinə görə, Amerika İranın nüvə silahına çatmasının qarşısını almağa çalışır və  bunun üçün diplomatiyanı ən yaxşı yol hesab edir. Lakin İran diplomatik yoldan imtina edərsə həll yolları ilə bağlı başqa seçimlər də masa üzərindədir.

Blinken İrana qarşı Amerikanın 3 yanaşma tərzi olduğunu deyib. 

"Bu, diplomatiya, iqtisadi təzyiq və profilaktik tədbirlərdir. İsrailin hərbi qüvvəsini gücləndirmək İrana qarşı profilaktik siyasətdir”-Blinken əlavə edib.

Taymaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar