SON XƏBƏRLƏR

Qarabağa ayrılan 3 milyardın 60 faizi artıq xərclənib-Nazir

2023.06.06, 11:43
Qarabağa ayrılan 3 milyardın 60 faizi artıq xərclənib-Nazir

Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə xərclənən maliyyə vəsaitinin miqdarı açıqlanıb.

Gunaz.tv

“2021-2022-ci illərdə dövlət büdcəsindən 6.4 milyard manat vəsait yönəldilib. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinin bir hissəsi başa çatıb, bir hissəsi isə sürətlə davam etdirilir”.

Cebhe.info-nun məlumatına görə, bunu parlamentin növbədənkənar sessiyasında büdcə müzakirələri zamanı çıxışında maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, cari ilin əvvəlində Qarabağ və Şərqi Zəngəzurda tikinti, quruculuq üçün 3 milyard manat təsdiq olunmuşdu:

“Onun 60 faizi artıq icra olunub.

Prezident tərəfindən büdcə gəlirlərinin artıq hissəsinin yenidən Qarabağda quruculuq işlərinə yönəldilməsinə qərar verib.

Artıq bununla bağlı layihələr Milli Məclisə daxil olub.

2023-cü ilin qalan dövrü üçün dövlət büdcəsinin 3 milyard 215.5 milyon manat artılması nəzərdə tutulub”.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar