SON XƏBƏRLƏR

İranın Rusiyaya silah satışı planı ifşa edildi

2023.06.06, 12:00
İranın Rusiyaya silah satışı planı ifşa edildi

Britaniyanın "Sky Nyuz" xəbər agentliyi İranın Rusiyaya silah satışına dair sənədləri yayıb.

Gunaz.tv

Agentlik təhlükəsizlik mənbələrindən birinə istinadən İranın Ukrayna müharibə üçün Rusiyaya silah satışı barədə sənəd imzaladığını iddia edib.

"Skay Nyuz"un əldə etdiyi sənəd 14.09.2022-ci il tarixli 16 səhifəlik silah satışı müqaviləsidir.

Agentlik bildirib ki, bu müqavilə 1 milyon dollardan artıq artilleriya mərmiləri, tank və raket satışı barədədir.

Təhlükəszilik qaynağının iddiasına görə,  müqavilə İranla Rusiya arasında hərbi sursat barədədir və 100 faiz doğrudur. 

Agentliyin internet səhifəsində paylaşılan həmin sənəd may ayında Biritaniyada səfəri zamanı Ukryananın baş naziri Denis Şmıqala və Britaniyanın xarici işlər naziri Ceymz Klorliyə göstərilib. 

Lakin Kiyev və London bu məsələnn araşdırılacağını və müvafiq tədbir görüləcəyini bildiriblər.

Taymaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar