SON XƏBƏRLƏR

Bu gün Ər-Riyadda İran səfirliyi açılır

2023.06.06, 12:41
Bu gün Ər-Riyadda İran səfirliyi açılır

İyunun 6-da diplomatik münasibətlərdə yaranan 7 illik fasilədən sonra İranın Ər-Riyadda səfirliyinin açılışı olacaq. Bu barədə Fransa xəbər agentliyi məlumat verib.

Gunaz.tv

İyunun 6-da yerli vaxtla saat 18:00-da İran səfirinin iştirakı ilə səfirliyin yenidən açılacağına baxmayaraq, Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin nə zaman açılacağı və yeni səfirin nə vaxt işə başlayacağı hələlik məlum deyil.

Qeyd edək ki, beynəlxalq ictimaiyyət və qərb ölkələri tərəfindən sıxışdırılan İran hökuməti bu günə kimi "xain" və "ılaltı" adlandırdığı kkörfəz ölkələri ilə münasibətləri yaxşılaşdırmaq üçün imtiyazlar verir.

Səudiyyə Ərəbistanı ilə münasibətlərin yaxşılaşdırılması qarşılığında Tehran hökumətinin özünə bağlı Yəməndəki silahlı husi qruplaşmasının Ər-Riyada qarşı təxribatları dayandırmasına göstəriş verdiyi bildirilir.

Timur 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar