SON XƏBƏRLƏR

İrandan iddialı raket təqdimatı: "Bunu onlara Rusiya verib"-Pentaqon

2023.06.06, 13:12
İrandan iddialı raket təqdimatı: "Bunu onlara Rusiya verib"-Pentaqon

SEPAH-ın Hava-Kosmos Qüvvələri “Hipersonik” olduğu iddia edilən raketin təqdimatını keçirib. Mərasimdə prezident İbrahim Rəisi də iştirak edib.

Gunaz.tv

SEPAH-a bağlı “Təsnim” xəbər xəbər agentliyinin verdiyi məlumata görə, raket 1400 kilometr məsafə qət edə bilir.

Həmçinin döyüş başlığı daşıya bilir. İddiaya görə, raketin hərəkətli injektoru ona bütün yönlərdə manevr imkanı verir.

İran rəhbəri Əli Xameneyi səs sürətindən bir neçə qat artıq uçan raketə “Fəttah” adını verib.

İddia edilir ki, yeni raketin sürəti saatda 13 max, yəni saatda 1234 kilometrdir.

Lakin Amerika tərəfi raketin İran istehsalı olduğuna dair iddialara inanmır.

Amerika Müdafiə Nazirliyinin sözçüsü Sabrina Sinq raketin İrana Rusiya tərəfindən verildiyini bildirib.

Qeyd edək ki, İran elmi baxımdan hipersonik raket istehsal etmək bacarığına malik deyil.

Bu cür raketləri ancaq bir neçə qabaqcıl ölkə istehsal edə bilir. 

Güman olunur ki, bu raket Rusiya və İran arasında hərbi texnika mübadiləsinin bir hissəsidir. 

Taymaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar