SON XƏBƏRLƏR

NATO Ukraynaya yardımı artıracaq

2023.06.06, 14:50
NATO Ukraynaya yardımı artıracaq

İyulda Vilnüsdə keçiriləcək sammitdə NATO-ya üzv ölkələr Ukraynaya yardımın artırılması barədə razılığa gələcəklər.

Gunaz.tv

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Bratislavada keçirilən Buxarest Nine sammitində deyib..

"Vilnüs sammitində qəbul etdiyimiz qərarlar əhəmiyyətli olacaq.

Biz Ukrayna qüvvələrini NATO standartlarına çatdıracaq və Ukraynanı NATO-ya yaxınlaşdıracaq çoxtərəfli paketlə Ukraynaya yardımı gücləndirəcəyik"-azvision.az xəbər verir ki, Stoltenderq əlavə edib.

Bu arada NATO-nun Baş katibi Ukraynada Kaxovka su anbarının vurulmasını da pisləyib.

Bu barədə NATO Baş katibi "Twitter" hesabında paylaşım edib.

"Bu gün Kaxovka su anbarının dağıdılması minlərlə dinc sakini təhlükə qarşısında qoyur və ətraf mühitə ciddi ziyan vurur.

Bu, Rusiyanın Ukraynadakı müharibəsinin vəhşiliyini bir daha nümayiş etdirən çirkin bir hərəkətdir", - Stoltenberq bildirib.

Ayxan

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar