SON XƏBƏRLƏR

Ermənistanda vəzifəli şəxsin oğlu külli miqdarda narkotiklə tutuldu

2023.06.06, 15:12
Ermənistanda vəzifəli şəxsin oğlu külli miqdarda narkotiklə tutuldu

Ermənistanın güc strukturunun yüksək rütbəli və vəzifəli şəxsinin oğlu 240 bağlama narkotik maddə ilə tutulub.

Gunaz.tv

Məlumatı “Joxovurd” yayıb.

Bildirilib ki, adı hələ açıqlanmayan həmin vəzifəli şəxsin oğlunun avtomobili hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Avtomobildə aparılan axtarış nəticəsində 240 bağlama narkotik maddə aşkarlanıb.

Report-un məlumata görə, məmur oğlu artıq həbs olunub.

Bildirilib ki, vəzifəli şəxsin adı yaxın zamanda açıqlanacaq.

Hadisə Ermənistan ictimaiyyətində qalmaqala səbəb olub.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar