SON XƏBƏRLƏR

İranda hicabsız tələbələrə sərt xədərdarlıq edilib

2023.06.06, 15:40
İranda hicabsız tələbələrə sərt xədərdarlıq edilib

Tehranın Elm və Texnologiya Universitetinin bir qrup tələbəsi nizam-intizam komitəsinə çağırılıb. Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Gunaz.tv

Məlumata görə, ali məktəbin 11müəllimi də nizam-intizam komitəsinə dəvət edilib.

Onlara bildirilib ki, islami geyim və hicab qaydalarına riayət etməsələr,  universitetdən qovulacaqlar.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb.

Onların bir çoxuna qarşı "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb və həbs edilib.

Etiraz aksiyaları səngidikdən sonra məcburi hicab  qaydalarının tətbiqi sərtləşdirilib və yüzlərlə tələbə cəzalandırılıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar