SON XƏBƏRLƏR

Ceyhun Bayramov ATƏT ölkələrinin dəyirmi masasında iştirak edib

2023.06.06, 17:31
Ceyhun Bayramov ATƏT ölkələrinin dəyirmi masasında iştirak edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT ölkələrinin daimi nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada iştirak edib.

Gunaz.tv

Bu barədə Xarici İşlər Nazirliyinin rəsmi tviter səhifəsində məlumat verilib.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın sədrliyi ilə, ATƏT-ə üzv dövlətlərin daimi nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada iştirak edib. 

ATƏT-in əməkdaşlıq gündəliyi və Azərbaycanla Ermənistan arasında postmünaqişə dövrünə aid məsələlərlə bağlı səmərəli müzakirələr aparılıb”, - report.az-un məlumatına görə, paylaşımda qeyd olunub.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar