SON XƏBƏRLƏR

"Rusiya tamamilə "dərinliyə batacaq""-Baş nazir su anbarına hücumu pislədi

2023.06.07, 11:03
"Rusiya tamamilə "dərinliyə batacaq""-Baş nazir su anbarına hücumu pislədi

Böyük Britaniyanın Baş naziri Rişi Sunak qeyd edib ki, Moskvanın Kaxovka SES-nin dağıdılmasına görə cinayəti aydın olsa, Rusiya tamamilə "dərinliyə batacaq". Bu barədə "Sky News" yazıb.

Gunaz.tv

Xəbər verdiyimiz kimi, Sunak bu gün ABŞ-da səfərdədir. O, Vaşinqtona gedən yolda  jurnalistlərə deyib ki, kəşfiyyat xidmətləri  Kaxovka bəndinə edilən dəhşətli hücumun arxasında prezident Putinin olub-olmaması ilə bağlı hələ qəti nəticəyə gəlməyib.

“Mənim fikrimcə, bu, Ukraynada müharibə başlayandan bəri mülki infrastruktura ən böyük hücumdur və bu, əgər qəsdən törədilibsə, Rusiya bundan sonra daha da "dərinliyə batacaq"", - deyə Sunak vurğulayıb.

"Mülki infrastruktura hücumlar dəhşətli və yanlışdır.

Biz bu münaqişədə əvvəllər belə hallara rast gəlmişik, lakin indi yekun nəticə çıxarmaq üçün hələ tezdir", - Sunak həmçinin  deyib.

Baş nazir eyni zamanda bəyan edib ki, Böyük Britaniyanın hücuma dərhal cavabı humanitar yardım göstərməkdir.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar