SON XƏBƏRLƏR

Amerika İrana yardım edən şirkətləri "qara siyahı"ya saldı

2023.06.07, 11:30
Amerika İrana yardım edən şirkətləri "qara siyahı"ya saldı

Amerikanın Maliyyə Nazirliyi İranın raket proqramı ilə əlaqədar Çin və Honq Konqun 7 rəsmisi və 6 qurumuna sanksiya tətbiq edib.

Gunaz.tv

Nazirliyin iyunun 6-da dərc olunmuş bəyanatında həmin mütəşəkkil şəbəkənin İranın ballistik raket proqramına yarıdm etdiyi bildirilir.

Məlumata görə, onlar raketlərin istehsalı üçün mühüm hissələri və texnologiyaları İran Müdafiə Nazirliyinə çatdırmağa yardım ediblər.

Sanksiya qoyulmuş şəxslərin siyahısında Pekində yaşayan İranın Müdafiə Nazirliyinə bağlı Davud Muğaninin də adı var.

O, Çindən İran üçün hərbi ləvazimatlar ticarətinin koordinasiyasında ittiham olunub. 

Çinin  “Zhejiang Qingji” şirkətinə isə 100 min dollar dəyərində sentrifuqa və.s cihazların İranın “Parçin" Kimya Sənayesi Cəmiyyətinə satdığı üçün sanksiya qoyulub.

Sözügedən Çin şirkətinin müdiri və bir işçisi, eləcə də Honqkonqda yerləşən “Lingoe Process Engineering Limited” cəmiyyəti Amerikanın yeni sanksiyaları siyahısına salınıb.  

Honqkonqın Beynəlxalq Ticarət Cəmiyyəti, 2 başqa Çin şirkəti və İranın “Aramiş Abi” Dəniz Xidmətləri Cəmiyyəti də "qara siyahı"dadır.

Sanksiyalar İranın 1 gün öncə hipersəs raketinın təqdimatı ilə əlaqədardır. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar