SON XƏBƏRLƏR

Ukrayna parlamenti SEPAH-ı terror təşkilatı elan edə bilər

2023.06.08, 07:00
Ukrayna parlamenti SEPAH-ı terror təşkilatı elan edə bilər

Ukrayna ərazilərini qəsb etmiş Rusiyaya hərbi-texniki yardım göstərən, xüsusilə də Moskvaya PUA-lar və raketlər verən İranın siyasəti rəsmi Kiyevdə ciddi narazılıqla qarşılanır. Məhz buna görə Ukrayna parlamenti (Ali Rada) bir neçə gün əvvəl İrana qarşı 50 il müddətinə sanksiyaların tətbiqini təsdiqlədi.

Gunaz.tv

AzVision.az xəbər verir ki, Ukrayna yalnız bununla kifayətlənmək fikrində deyil. Belə ki, Ukrayna parlamentinə indi də “SEPAH-ı terror təşkilatı elan etmək planı” adlı plan təqdim olunub.

“İranın Rusiyaya silah göndərmək qərarı Ukraynaya qarşı müharibənin nəticələrinin məsuliyyətini bu ölkənin çiyninə qoyur. Bundan əlavə, SEPAH Tehran yaxınlığında PS 752 reysi olan Ukrayna mülki təyyarəsinin vurulmasına görə məsuliyyət daşıyır. 

Ukrayna SEPAH-ın terrorçu kimi tanınması üçün bütün lazımi tədbirləri görməlidir”, -təqdim olunan layihədə deyilir.

Bunun üçün SEPAH-ı terrorçu elan edən ABŞ və bu addımı araşdıran Avropa İttifaqı ilə həmfikir olmq, həmçinin, bütün dünya ölkələrini İranın daxilində və xaricdə törətdiyi terror aktlarına görə SEPAH-ı terrorçu elan etməyə çağırmaq lazımdır. 

Çünki Kiyev İranı Ukraynaya və sivil dünyaya qarşı mübarizə aparan və bu müharibədə Rusiyanın silahlarının əsas dəstəkçisinə çevrilmiş diktaturalar koalisiyasının bir hissəsi sayır.

Sənəddə, həmçinin, İranın Rusiyanın terrorçu rejimi ilə sıx əməkdaşlıq etdiyi və BMT-nin Baş Assambleyasında Rusiyanı qınamadığı vurğulanır.

İki həftə əvvəl isə, Ukrayna prezidenti Volodomir Zelenski İran xalqına birbaşa müraciət edərək, onları Rusiyanı silahlandırmamağa, rus terrorçuluğunu dəstəkləməməyə çağırmışdı.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar