SON XƏBƏRLƏR

"Bahalıq, inflyasiya, işsizlik, rüşvət xalqın belini qırır"-İran rəsmisi

2023.06.08, 12:10
"Bahalıq, inflyasiya, işsizlik, rüşvət xalqın belini qırır"-İran rəsmisi

Sistemin Məsləhətini Müəyyən edən Şuranın üzvü Məhəmməd Sədr hökumətin siyasətini tənqid edib.

Gunaz.tv

“Şəxsən İbrahim Rəisiyə dedim ki, nüvə danışıqları həll olunmasa bunun ağır nəticələri olan iqtisadi problemlərin məsuliyyəti sizin üzərinizədir”- Məhəmməd Sədr belə deyib.

Onun fikrincə, bahalıq, inflyasiya, işsizlik, rüşvət və sair itisadi problemlər xalqın belini qırır: "Hazırkı iqtisadi problemlərinin çoxu qeyri-iqtisadi yollarla həll olunur, ya da ki, məsul şəxslərin bu problemləri qaldırmağa gücü çatmır.

Respublikanın iqtisadi problemlərinin çoxunun həlli dövlətin xarici siyasətindən asılıdır. Xarici siyasət düzəlməyincə iqtisadi problemlərin həlli demək olar ki, mümkün deyil".

Sədrin sözlərinə görə, İranın sanksiyalara məruz qalması iqtisadi problrmlərin həllinə imkan vermir:

"Satdığımız neftin gəlirini əldə edə bilmiriksə, heç bir xarici investisiya olunmursa ölkənin problemləri həll olunmayacaq.

Prezident Rəisiyə şəxsən dedim ki, nüvə danışıqları həll olunmalıdır, yoxsa bundan nəticələnən iqtisadi problemlərin məsuliyyəti sizin üzərinizədir. O, da fikrimi təsdiqlədi, bu abrədə düşündüyünü bildirdi”.

Qeyd edək ki, İranın nüvə fəaliyyəti artıq kritik səviyyəyə çatıb və ölkənin rəsmilərinin çoxu bundan nəticələnən təhlükələri düşünərək xarici siyasətdə dəyişikliyə çağırır. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar