SON XƏBƏRLƏR

Ukrayna döyüşün dayandırılması təklifini rədd edib

2023.06.08, 12:32
Ukrayna döyüşün dayandırılması təklifini rədd edib

Ukrayna sülh danışıqlarının başlanması üçün Rusiya ilə döyüşün dayandırılmasını təklifini rədd edib.

Gunaz.tv

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bununla bağlı açıqlama verib. 

Kiyev rəsmisi iyunun 7-i bildirib ki, Kreml Krım yarımadası üzərində Rusiyanın suverenliyinin tanınmasını sülh danışıqlarının ilkin şərti kimi irəli sürüb. Ukrayna isə bu şərtlə razılaşmayıb.

“Kiyev Moskva ilə sülh danışıqlarının başlanması üçün, ölkəmizi işqal etmiş rus qüvvələri ilə döyüşü dayandırmayacaq”-deyə, Dmitri Kuleba bildirib.

Kuleba bu sözləri Afrika ölkələrinin himayəsini cəlb etmək məqsədi ilə Afikada bu qitənin jurnalistləri ilə onlayn toplantısında deyib.

Onun sözlərinə görə, döyüşün dayandırılması ilə bu problemin həll olunacağını düşünənlər müaharibə barədə heç nə bilmirlər.

“2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsindən bu yana Kyev və Moskva arasında atəşkəs məqsədi ilə 100-dən çox məsləhətləşmə və cəhdlər etdik.

Lakin bu cəhdlərdə müsbət nəticə alınmayaraq  ancaq Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı hərtərəfli müharibəsi və təcavüzü ilə nəticələndi. 

Döyüşlərin dayandırılması rus qüvvələrinin Ukrayna torpaqlarında qalması anlamındadır”-Kuleba əlavə edib.

Qeyd edək ki, Afrikanın BMT-yə üzv 54 ölkəsindən 30-u həmin ildə bu təşkilatın Rusiyanın Krıma hücümünü məhkum edən qətnaməsinə müsbət səs verib.

Taymaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar