SON XƏBƏRLƏR

Amerika və Körfəz ölkələri birgə hərbi təlimlər keçirib

2023.06.08, 13:25
Amerika və Körfəz ölkələri birgə hərbi təlimlər keçirib

Amerika və Körfəz Ölkələri Əməkdaşlıq Şurasına üzv dövlətlərin hərbi qüvvələrinin iştirakı ilə Səudiyyə Ərəbistanıın dəniz, hava və quru bəlgələrində hərbi təlimlər keçirilib.

Gunaz.tv

“Qartalın Əzmi-23” adlı təlimlərdə Körfəz ölkələrinin quru, hava, dəniz və havadan müdafiə və Amerika qüvvələri iştirak edib.

İştirakçılar Dhahran şəhərində şərti hava döyüşlərini icra etməklə təyin edilmiş hədəflər üzrə təlimlər keçirib.

Quru qüvvələri amerikalı hərbçilərlə birgə Məlik Xalid şəhərinin meydanlarında kütləvi qırğın silahlarından müdafiə və hücum zamanı gərəkən tibbi yardımların göstərilməsini məşq ediblər. 

Dəniz qüvvələri isə Körfəz bölgəsində sürətli döyüş qayıqlarına qarşı hücum-təftiş, qırıcılar və dronlarla işbirliyi, həmçinin yapışqan minalara və sualtı hədəflərə qarşı təlimlər keçirib.

PUA-lara qarşı havadan müdafiə, hədəflərə atəş açarkən səmada yanacaq doldurma da məşq edilib. 

Taymaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar