SON XƏBƏRLƏR

İranda əkinə yararlı torpaqlar sürətlə azalır

2023.06.08, 14:15
İranda əkinə yararlı torpaqlar sürətlə azalır

İranda əkinə yararlı torpaqlar azalıb. Bu barədə ölkənin Ərazi İşləri Təşkilatının sədri Rza Əflatuni açıqlama verib.

Gunaz.tv

O, bildirib ki, İranda 1955-ci ildən 2002-ci ilədək 200 min hektar əkin sahəsinin təyinatı dəyişildirilib.

Lakin ötən 10 il rəzində bu miqdar 3 milyon hektara yüksəlib.

Rza Əflatuninin fikrincə, İranda əkin torpaqları təyinatının dəyişilməsi qida təhlükəsizliyinə ciddi zərbədir. 

“Bütün İranda 165 milyon hektar əkin torpaqları var. Ondan ancaq 18 milyon hektarı əkinə yararlıdır"- Rza Əflatuni bildirib.

Bir sıra deputatlar və ekspertlər də “təyinatı dəyişdirilmiş əkin sahələrinin ötən 10 il rəzində 3 milyon hektara yüksəlməsi” səbəbi kimi bununla əlaqədar parlamenti ittiham edib.

Onlar məclisin “əkin sahələri təyinatının dəyişidirilməsi” ilə bağlı qanunları yumşaltdığını və bunun nəticəsində İranın qida təhlükəsizliyinin və ətraf mühitinin məhv olduğunu bildiriblər.

Qeyd edək ki, rəsmi statistikaya əsasən İranda əkin torplaqlarının təyinatının tikinti məqsədilə dəyişdiriməsi sürətlə davam edir.

Əkinə yararlı torpaqlarda villa, yaşayış və ticarət kompleksləri tikilir.

Taymaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar