SON XƏBƏRLƏR

Tehran İsraili təhdid etdi

2023.06.08, 14:20
Tehran İsraili təhdid etdi

SEPAH "Fəttah" hipersəs balistik raketini təqdim etməklə eyni vaxtda İsrailə qarşı təhdidlərini artırıb.

Gunaz.tv

Raketin təqdimatından sonra Tehran şəhərinin meydanlarında reklam lövhələrində İsraili təhdid edən banerlər quraşdırılıb.

Bu barədə İran mediası və SEPAH-a bağlı sosial media kanalları çox saylı məlumat, foto və videolar yayıblar.

"Fəttah" raketlərinin təsviri olan reklam lövhələrində onların üzərində fars, ərəb və ivrit dillərində “Təl-Əvivə 400 saniyə” sözləri yazılıb.

Qeyd edək ki, İranın yeniraketinin təqdimatı ilə bağlı İsrail rəsmiləri açıqlama verib və bunun bölgə ölkələrinə qarşı yeni təhdid olduğunu demişdilər.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar