SON XƏBƏRLƏR

Nazirlərin Vaşinqton görüşü ertələndi

2023.06.08, 14:58
Nazirlərin Vaşinqton görüşü ertələndi

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.

Gunaz.tv

“Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan bildirib.

"Azərbaycan tərəfinin xahişi ilə Vaşinqtonda planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınır.

Görüşün yeni tarixi barədə ictimaiyyətə lazımi məlumat veriləcək", - modern.az-ın məlumatına görə, Ermənistan XİN rəsmisi qeyd edib.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar