SON XƏBƏRLƏR

“Çin süni narkotik maddə istehsalı ilə mübarizə aparmır"-Səfir

2023.06.08, 15:17
“Çin süni narkotik maddə istehsalı ilə mübarizə aparmır"-Səfir

ABŞ-ın Pekindəki səfiri Nikolas Burnz narkotik maddə-fentanildən istifadəyə görə Amerikada il ərzində minlərlə vətəndaşın öldüyünü bildirib.

Gunaz.tv

Qeyd edək ki, 2020-2021-ci ilərdə bu və digər narkotikdən istifadəyə görə ölüm halları 17 faiz artaraq 69 min nəfərdən 81 min nəfərə yüksəlib.

Burnz bu barədə Vaşinqtonda keçirilən videotoplantıda Pekindən qoşularaq bildirib.

“Çin süni narkotik maddə "Fentanil"in istehsalı və ixracatı sahəsində ciddi mübarizə tədbirləri görmür.

Pekindən bu ölkədə fentanil istehsal edən cəmiyyətlərə qarşı ciddi təbirlər görməsini tələb edirik.

Lakin bu barədə hələ heç bir irəliləyiş müşahidə etmirik"-deyə, səfir qeyd edib.

Xatırladaq ki, Çin 2019-cu ildə Amerikaya fentanil ixracatına qadağa qoyub.

Lakin bu narkotik maddənin istehsalına xammalı Mekzikaya və Mərkəzi Amerikanın bəzi ölkələrinə ixracatını davam etdirir.

Ekspertlərin fikrincə, "Fentanil" narkotik maddə olan heroindən 50 faiz daha güclüdür.

Taymaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar