SON XƏBƏRLƏR

Sanksiyalara məruz qalmış iranlılarla bağlı qanun layihəsi hazırlanıb

2023.06.08, 16:43
Sanksiyalara məruz qalmış iranlılarla bağlı qanun layihəsi hazırlanıb

İran Nazirlər Kabineti sanksiyalara məruz qalmış iranlıları müdafiə üzrə qanun layihəsini təsdiq edib.

Gunaz.tv

Qeyd edək ki, layihəni Prezident Aparatının Hüquqi İşlər üzrə Departamenti təqdim edib.

Qanuna əsasən sanksiyalara məruz qalmış iranlıların hüquqları beynəlxalq orqanlarda müdafiə olunacaq.

“Sanksiyalar İrana çox ziyan vururb. Lakin İslami Məclisdə indiydək dövlət tərəfindən sanksiyalara qarşı heç bir layihə irəli sürülməyib”-prezidentin hüquqi işlər müavini Məhəmməd Dehqan belə deyib.

Məhəmməd Dehqan bildirib ki, bu layihə ötən bir il ərzində Xarici işlər Nazirliyi və beynəlxalq hüquq mütəxəssislərinin əməkdaşlığı ilə hazırlanıb və siyasi və müdafiə işlər üzrə komissiyasında ratifikasiya olunub.

Taymaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar