"Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın növbəti görüşünün dəqiq tarixinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır". Bunu "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün təxirə salınmasını şərh edərkən deyib.