SON XƏBƏRLƏR

Tunisdə hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

2023.06.08, 19:12
Tunisdə hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

Tunisə aid hərbi helikopter ölkənin şimalında Serrat burnu yaxınlığında qəzaya uğrayıb.

Gunaz.tv

Bu barədə Tunisin Müdafiə Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.

Qeyd edilib ki, çərşənbə günü axşam əlaqə kəsilən helikopter patrul missiyasını yerinə yetirərkən dənizə düşüb.

APA xəbr verir ki, təyyarədə dörd ekipaj üzvü olub.

Axtarış qrupları hadisə yerindədir. Bu günə qədər sudan ölən iki nəfərin cəsədi, həmçinin helikopterin qalıqları çıxarılıb.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar