SON XƏBƏRLƏR

Xersonun atəşə tutulması nəticəsində yaralıların sayı 18-ə çatıb

2023.06.09, 00:44
Xersonun atəşə tutulması nəticəsində yaralıların sayı 18-ə çatıb

Rusiyanın Ukraynanın Xerson vilayətini atəşə tutması nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.

Gunaz.tv

“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleksandr Prokudin bildirib.

Onun sözlərinə görə, sırf Xerson şəhərində 9 nəfər yaralanıb. Onlar daşqınla əlaqədar vətəndaşların təxliyəsinə cəlb olunmuşdular.

Xatırladaq ki, iyunun 8-də rusiyalıların Kaxovka SES-in partlatması nəticəsində su altında qalan Xerson vilayətinin Korabelnı rayonu atəşə tutulub.

Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar