SON XƏBƏRLƏR

"Ukraynaya dəstək üçün əlimizdən gələni etmişik"-Bayden

2023.06.09, 00:47
"Ukraynaya dəstək üçün əlimizdən gələni etmişik"-Bayden

"Qərb ölkələri Ukraynanın əks-hücumunun hazırlanması üçün əllərindən gələni etdilər"-Bunu ABŞ prezidenti Co Bayden deyib.

Gunaz.tv

Co Bayden bu barədə Ağ Evdə Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə birgə mətbuat konfransında bildirib.

APA-nın məlumatına görə, Bayden deyib ki, ABŞ proseslərdən nikbindir.

"Birincisi, hərbi əməliyyatların gedişi barədə ukraynalılar danışmalıdırlar. Mən bunu danışa bilmərəm.

Onları dəstəkləmək üçün ABŞ-da kollektiv və fərdi olaraq əlimizdən gələni etdik",- deyə Amerika lideri jurnalistin Ukraynanın başladığı əks-hücum fonunda Kiyevə hərbi yardımın davam etdirilməsi ilə bağlı sualına cavab verərkən bildirib.

Onun sözlərinə görə, ABŞ Ukraynaya maliyyə yardımı göstərməyə davam edəcək.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar