SON XƏBƏRLƏR

"Tehranla Moskvanın hərbi əməkdaşlığı təhlükəlidir"-Netanyahu

2023.06.15, 12:31
"Tehranla Moskvanın hərbi əməkdaşlığı təhlükəlidir"-Netanyahu

İsrailin Baş naziri Benyamın Netanyahu Moskva ilə Tehranın artan hərbi əməkdaşlığından narahat olduğunu bildirib.

Gunaz.tv

İsrail parlamentinin üzvləri bildirib ki, baş nazir özəlliklə müasir silahların göndərilməsi ilə əlaqədar narahatlığını Kremlin diqqətinə çatdırıb.

Həmçinin qeyd olunub ki, İsraillə Rusiya hər iki tərəfin açıq mövqe irəli sürdüyü məxfi danışıqlar aparır.

“İsrail hələ bilmir ki, Rusiya İranın hərbi köməyi qarşısında bu ölkəyə nə verir.

Moskvanın Ukrayna müharibəsində İranla əməkdaşlığı İsraili narahat edir.

Kreml isə bildirib ki, İsrailin Ukraynanı müdafiə etməsi də Rusiyanı narahat edir”-deyə Netanyahu knessetin Xarici Əlaqələr və Təhlükəsizlik Komitəsində bildirib.

Netanyahu deyib ki, İsrail "Dəmir günbəz" havadan müdafiə sistemini ona görə Ukraynaya verməkdən çəkinir ki, bu texnologiya Rusiyanı əlinə keçə və oradan da İrana çata bilər.

“Bu halda İran bu sistemləri deşifrə edə və onlara qalib gələ bilməyi öyrənə bilər”- baş nazir əlavə edib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar