SON XƏBƏRLƏR

Fələstin İslami Cihad Hərəkatının baş katibi Rəisi ilə görüşüb

2023.06.19, 15:03
Fələstin İslami Cihad Hərəkatının baş katibi Rəisi ilə görüşüb

İran prezidenti İbrahim Rəisi Tehranda Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziad Nahalə və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

Gunaz.tv

İyunun 18-i gecə saatlarında keçirilən görüşdə hər iki tərəf İsrail dövlətinə qarşı ənənəvi iddialarını səsləndirib.

Bununla yanaşı iyunun 19-da da Ziad Nahalə İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahianla görüşüb.

İyunun 15-də də eyni heyət İran rəhbəri Əli Xameneyi ilə görüşmüş və son hadisələrlə bağlı ona hesabat vermişdi.

Qeyd edək ki, HƏMAS qruplaşmasının lideri İsmayıl Haniyənin də rəhbərlik etdiyi nümayəndə heyəti Tehrana rəsmi səfərə edib.

Ekspertlər bu görüşləri Tehran hökumətinin bölgədə yeni təxribatlara hazırlanmasına işarə kimi dəyərləndiriblər.

Onların fikrincə İran hökuməti fələstinli radikal qruplaşmalar vasitəsilə İsrailə qarşı yeni təxribatlar həyata keçirməyə hazırlaşır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar