SON XƏBƏRLƏR

İran Polis Qüvvələrinin komandanı çimərliyə gedənləri hədələdi

2023.06.26, 13:43
İran Polis Qüvvələrinin komandanı çimərliyə gedənləri hədələdi

Temperaturun yüksəlməsi və dəniz sahillərinə gedənlərin sayının artması ilə eyni vaxtda İran Polis Qüvvələrinin komandiri Əhmədrza Radan vətəndaşları hədələyib.

Gunaz.tv

O, çimərliklərə və əyləncə mərkəzinə gedənlərə xəbərdarlıq edərək, məcburi hicab qaydalarını pozanlara qarşı güzəşt edilməyəcəyini deyib.

"Qaydalara qarşı çıxan bir təbəqənin xalq və ölkənin dəyərlərini ayaq altına atmalarına icazə verməyəcəyik",- Radan bildirib.

Gilan əyalətinin polis rəisi Əzizullah Məliki də oxşar bəyanatlar səsləndirib.

Məliki Gilan əyalətinin çimərliklərində məcburi hicab qydalarına nəzarət etmək üçün 210 patrul xidmətində 1100 yeni məmurun işə cəlb olunduğunu deyib.

Bu arada çimərliklərdə vətəndaşların hicab qaydalarına məcburi nəzarət etmələri üçün hazırlanan xüsusi təyinatlı motosikletçi patrul xidmətlərinin Fərəhabad çimərliyində paradı keçirilib.

İranın cənubunda yerləşən Hormozqan əyalətinin çimərliklərinə nəzarət məqsədilə əlavə 500 qadın nəzarətçi işə cəlb olunub.

Qeyd edək ki, son aksiyalar zamanı İranda məcburi hicab qaydalarına etiraz edən 36 qadın hökumət məmurları tərəfindən öldürülüb.

Etiraz aksiyalarının səngidiyindən sonra, xüsusən son aylar məcburi hicab qaydalarına riayət edilməməsinə görə, yüzlərlə iş yeri bağlanılıb, çox sayda insan həbs edilib.

Timur 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar