SON XƏBƏRLƏR

Yoxsul ermənilər Türkiyə ilə münasibətlərin yaxşı olmağını istəyir

2023.08.09, 10:48
Yoxsul ermənilər Türkiyə ilə  münasibətlərin yaxşı olmağını istəyir

“Ermənistanda yoxsulluq həddində yaşayan 3 milyonluq erməni əhalisinin əksəriyyəti Türkiyə ilə yaxşı münasibətlərin qurulmasının tərəfdarıdır”. Bu barədə Türkiyənin “Star” qəzeti məlumat yayıb.

Gunaz.tv

Qəzet yazır ki, bunun ən bariz sübutu Türkiyədə qeyri-qanuni işləyən və qazancını Ermənistandakı ailəsinə göndərən Ermənistan vətəndaşlarının sayının 100 mini ötməsidir.

Amma  Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə ilə diplomatik məsələləri “mehriban qonşuluq münasibətləri” əsasında həll etmək istəyi ABŞ və digər ölkələrdə yaşayan ermənilər tərəfindən sərt qarşılanır.

Bir sözlə, "erməni lobbisinin dərdi ermənilərin qayğısına qalmaq deyil, imperialist güclərin maraqlarına xidmət etməkdir".

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar