SON XƏBƏRLƏR

İlin sonunadək 2 minə qədər keçmiş məcburi köçkün ailəsi doğma yurdlarına köçürüləcək

2023.08.18, 10:29
İlin sonunadək 2 minə qədər keçmiş məcburi köçkün ailəsi doğma yurdlarına köçürüləcək

Bu ilin sonunadək ümumilikdə 2 000-ə qədər keçmiş məcburi köçkün ailəsinin, 10 000-ə qədər insanın doğma el-obalarında məskunlaşdırılması nəzərdə tutulub. Bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

Gunaz.tv

“Bu gün artıq ölkəmizin, Qarabağımızın ən iri, qədim, füsunkar guşələrindən olan doğma Füzuliyə ilk köç karvanını yola salırıq.

Bu münasibətlə bütün Füzuli sakinlərini, qarabağlılarımızı, keçmiş məcburi köçkün soydaşlarımızı, xalqımızı ürəkdən təbrik edirəm.

Köç möhtərəm Prezidentimizin tapşırıqlarına əsasən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir.

Biz əminik ki, bu proses qarşıdakı aylarda daha instensiv xarakter alacaq və Böyük Qayıdışa dair I Dövlət Proqramı vaxtında, yüksək səviyyədə icra olunacaq" -deyə, Komitə sədrinin müavini vurğulayıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar