SON XƏBƏRLƏR

Amerikada bir iranlı-amerikalı vətəndaş həbsxanaya salınıb

2023.08.19, 12:21
Amerikada bir iranlı-amerikalı vətəndaş həbsxanaya salınıb

Amerikanın Meriland Ştatının hakimi məhkum olunmuş iranlı-amerikalı vətəndaş Behruz Muxtarinin həbsxanaya salınması əmrini verib.

Gunaz.tv

Qeyd edək ki, Behruz Muxtari “İrana qarşı sanksiyaları pozmaq” məqsədi ilə gizli sövdələşməkdə ittiham olunub.

72 yaşlı Muxtari iyunun 25-də 41 ay Federal həbsə və evində 3 ilədək   eletkron nəzartə məhkum olunub. Həmçinin,  məhkumluq müddətini keçirmək üçün ona sentiyabrın 11-dək özünü təqdim etməyə vaxt verilib. 

Hakimin çıxardığı hökmdə ona hər hansı pasportun və yaxud səfər sənədinin verilməsi qadağan olunub.

Lakin Muxtarinin evində axtarış zamanı onun pasport almaq üçün ərizəsi aşkarlanıb. 

Ərizədə pasport almaq məqsədi ilə İran Səfirliyinə müraciət olunub. Muxtarı  pasportu almaq üçün  ərizə yazıdığını etiraf edib. 

Hökmün tələblərini pozduğuna görə Meriland Ştatının Məhkəməsi onun vaxtından əvvəl həbsxanaya köçürlüməsinə qərar verib. 

Xatırldaq ki, Behruz Muxtari Panamada yerləşən özünün əsas cəmiyyəti vasitəsi ilə İranın neftkimya məhsullarının qanunsuz ticarətini etiraf edib.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar