SON XƏBƏRLƏR

İranda intihar 40 faiz artıb

2023.08.21, 15:22
İranda intihar 40 faiz artıb

Rəsmi statistikalara istinadən hər 100 min iranlıdan 125 nəfər intihara can atır.

Gunaz.tv

Hesabata əsasən İranda intihar ötən 10 illik ərzində 40 faizdən çox artaraq illik 3500-dən 5 min intihara qalxıb. Həmçinin statistikaya görə İranda gündəlik 13 nəfər intihar edir. 

Onların ortalama yaşı 15-35 arasındadır. 2010-cu onillikdə intihar nəticəsində 40 min ölüm polis orqanları tərəfindən qeydə alınıb. 

Bu rəqəm isə həmin onillikdə olan 20 mindən az qətil statistikasının iki qatıdır. Bu onllikdə İran əhalisi ən kəskin iqtisadi, siyasi və sosial böhranlara məruz qalıb. 

Sosiologiya baxımdan intihar şəxsi, iradə və psixi bir hal deyil. Sosial amillər və şəxsin cəmiyyətdə yeri intihara təsir edir. İntihar bir prosesdir. Müəyyən bir proses şəxsi bu istiqamətə və nəhayət intihara sürükləyir. 

Statistikaya əsasən ölkədə yoxsulluq əmsalı 19 faizi aşaraq 30-dan yuxarıya qalxıb. Bu isə, İranın 86 milyonluq cəmiyyətini nəzərə alaraq 30 milyon iranlının yoxsulluq xəttindən aşağıda yerləşdiyi anlamına gəlir.

Habelə “başın üstündə damın və yaxud sığınmağa yerin olması və qida səbədi” intiharın qarşısını almağa önəmli və vacib məsələdir. 

İran mediyasının hesabatlarına və rəsmi statistikaya istinadən bu ölkə əhalisinin durumunun bu iki sahədə pisləşdiyi bildirilir. 

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar