SON XƏBƏRLƏR

“İslam Respublikasına nifrət zirvəsinə qalxıb”- eks İran prezidentinin qızı

2023.08.22, 16:49
“İslam Respublikasına nifrət zirvəsinə qalxıb”- eks İran prezidentinin qızı

Eks İran prezidenti Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi Rəfsəncani qarşıdakı parlament seçkilərində iştirak etməmək vacibliyini bildirib. 

Gunaz.tv

O, hal hazırda saxlanıldığı “Evin” Həbsxanasından yazdığı “2023-cü il avqust ayı” tarixli məktubunda keçiriləcək seçkilərin rəqbətli və sağlam olmadığına toxunub.

Faizə Haşimi hakimiyyətin seçkiləri saxtalaşdırmaq məqsədi ilə qanunlara düzəliş edilməsinə toxunub.

“ədalətsizliyi və korrupsiyanı qanuniləşdirmək məqsədi ilə hər gün bir qanun yazırlar. 

Bizim silahımız imtina etməyimizdir, sınanmışı bir də sınamaq yanlışdır.”-deyə eks prezidentin qızı vurğulayıb. 

“Əli Xaməneyinin mütləq hakimiyyəti, ölkənin bütün sahələrinə Sepahın tam nəzarət etməsi, aqressiv xarici siyasət, iqtisadiyyatın acınacaqlı və faciəvi olması, qanunsuzluq, yalan, riya və demoqoqluq, milli maraqlara,

ümumi tələblərə və xalqın hüququna laqeydlik, milli baxışın olmaması, ölkədə hər bir işə təhlükəsizlik açıdan yanaşma, ölkə idarəçiliyində ağılın və tədbir görməyin olmaması, geniş miqyaslı və sistemli korrupsiya,
 

hər hansı tənqidə və etiraza basqı göstərmək, əldalətsiz məhkumluq qərarlarının çıxarılması, hökumətə qarşı ümumi nifrət və ümidisizlik zirvəyə qalxıb.”- deyə siyasi məhbus Faizə Haşimi İslam Respublikası sistemini tənqid atəşinə tutub. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar